14:11
08 Aprel 2020

Xalq artisti Murad Hüseynovun konserti olacaq

"Bizi birləşdirən mədəniyyət" verilişi Xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Lent.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və "Mədəniyyət" kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" verilişi aprelin 8-də saat 17:45-də olacaq.

Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınıb.

Qeyd edək ki, layihədə BMM də yaxından iştirak edərək dəstək olur.

Dİgər xəbərlər