Gözəllik kraliçası koronavirusla mübarizə üçün həkimliyə geri döndü
07 aprel 2020 17:36 (UTC +04:00)

Gözəllik kraliçası koronavirusla mübarizə üçün həkimliyə geri döndü

 

İngiltərənin gözəllik kraliçası Bhasha Mukherejenin əsl peşəsinin modellik olmadığını öyrənənlər keçən il böyük təəccüblə üz-üzə qalmışdılar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, əsl peşəsi həkimlik olan Mukherjee alqışa səbəb olacaq bir davranış reallaşdırıb. 

O, bundan bir neçə ay əvvəl Londonda təşkil olunan dünya gözəllikyarışında ölkəsini təmsil edib. Hər kəs kraliçanın həyatını modellik edərək qazandığını düşünürdü.

Ancaq gözəllik kraliçasının əsl peşəsinin sosial şəbəkədə etdiyi paylaşımlardan sonra ortaya çıxmışdı. İzləyiciləri Bhashanın ikili həyatını gördükdə tamamilə şoka düşmüşdü. 

İngiltərənin Derbi şəhərində yaşayan Bhasha Mukherjee keçən il avqustun 2-də təşkil olunan “İngiltərə gözəli” yarışında İngiltərənin ən gözəl qızı seçilib. 24 yaşındakı İngiltərə gözəli yarışdan az sonra isə həkim kimi işləməyə başlamışdı.

Hindistan əsilli bir ingilis olan Bhasha Mukherjee gözəllik kraliçası seçiləndə dünyalar onun olmuşdu. Ancaq kraliçanın könlündə yatan əsl arzu həkimlik idi. 

Bhasha Mukherjee koronavirus səbəbindən yaxınlarını ziyarət üçün getdiyi Hindistanda əlacsız qalmışdı. Nhindistanın baş naziri Modinin təyyarə uçuşlarını ləğv etməklə bağlı qərarından sonra İngiltərəyə dönə bilməyən kraliça ölkəsinə dönüb zor günlərdə xəstəxanada yardımçı olmaq istəyirdi.

24 yaşlı Bhasha Mukherjee bu hadisə baş verməzdən əvvəl Linkolndakı Pilgrim xəstəxanasında işləyib. Ailəsi ilə Kəlküttədə karantində qalan Bhasha İngiltərəyə qayıdıb.

Mukherjee açıqlamasında “Evə geri dönmək və həqiqətən gəlib işə getmək istədim. İngiltərə gözəli olmaq və ehtiyac anında İngiltərəyə yardım etmək üçün daha yaxşı bir vaxt olmazdı”, - deyib.

 

# 1451
avatar

Oxşar yazılar