Azərbaycanlı aktrisa qiymətləri açıqladı - AŞAĞISI...
07 aprel 2020 09:08 (UTC +04:00)

Azərbaycanlı aktrisa qiymətləri açıqladı - AŞAĞISI...

Azərbaycanlı aktrisa Pərvin Abıyeva instaqram vasitəsi ilə qazandığı pullardan danışıb. Lent.az-ın məlumatına görə, aktrisa "Tam səmimi" verilişində bildirib ki, pulsuz reklam paylaşmır :

"Pulsuz reklamı ancaq edərəm dostum, qardaşım, rəfiqəm, çox can-ciyər dediyim insanlara. Onu da onlar özləri məndən xahiş eləmirlər. Mən əhatəmdə ən yaxın insanlara həmişə deyirəm ki, "Məndən istifadə edin. İşin yoxdursa nəsə bir iş qur. Məsələn, get suvenir al gətir evdə sat. Mən onu paylaşacam, səni səhifəyə "tag" edəcəm. İstiyərəm sən məndən qazanasan. Mən sənə bunu edəcək "kapastedəyəm". Məsələn, neçə rəfiqəm var, getdi moda evi açdı. Dedim rahat-rahat açın. Əlimdən gəldiyi qədər köməklik edəcəm. Çoxuna da eləmişəm pulsuz-parasız. Amma birdə görürsən ki, mənə zəng edirlər ki, "Pərvin, filan dostum obyekt açıb. Açılışa gələ bilərsən, onu reklam edə bilərsən səhifəndə?" Deyirəm "Yox əzizim. Mənim "istoriya"mda başqa qiymətdir, "lenta"mda filan qiymətdir. Mən açılışlara 5 min manata gedirəm. Nəzərə alsaq ki, 1 milyonluq orijinal səhifədir "lenta"da paylaşıram 2 minə, "istoriya"da paylaşıram 500 manata". İndi camaat deyəcək ki, "Bunun dediyi qiymətə bax. Camaat bu pulu neçə aya qazanır". Mən niyə havayı reklam edim?"

# 1239
avatar

Yalçın UĞUR

Oxşar yazılar