ABŞ-da koronavirusdan ölənlərin sayı 10 mini keçdi
06 aprel 2020 22:28 (UTC +04:00)

ABŞ-da koronavirusdan ölənlərin sayı 10 mini keçdi

 

Amerika Birləşmiş Ştatlarında yeni növ koronavirus ölənlərin sayı 10 mini keçib.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universitetinin açıqladığı son məlumatda qeyd edilib.

Bildirilir ki, ölənlərin sayı 10 335 nəfər olub. Ən çox ölüm sayı yenə də Nyu-Yorkun payına düşür. Ölkədə virusa yoluxanların sayı 347 003 nəfərə çatıb, 18 953 nəfər sağalaraq xəstəxanaları tərk edib.

ABŞ dünyada COVID-19 virusunun ən çox yayıldığı ölkələr sırasındadır.

# 880
avatar

Oxşar yazılar