Azərbaycanda yeniyetmə qız dərmandan zəhərləndi
06 aprel 2020 11:47 (UTC +04:00)

Azərbaycanda yeniyetmə qız dərmandan zəhərləndi

Zərdabda yeniyetmə dərmandan zəhərlənib.

Lent.az-ın məlumatına görə, aprelin 5-də saat 19-20 radələrində rayonun Bəyimli qəsəbə sakini 16 yaşlı Mirzəyeva Gülayət Samir qızı dərman preparatlarından zəhərlənərək rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumat əsasında, rayonun prokurorluq və Polis Şöbəsi əməkdaşları xəstəxanaya gedərək lazımi istintaq tədbirlərini yerinə yetiriblər.

Zərdab rayon Mərkəzi Xəstəxanasından G.Mirzəyevanın səhhətinin ağır olduğu bildirilir. Hazırda onun səhhətinin normallaşdırılaraq Respublika Toksikologiya Şöbəsinə göndərilməsi üçün işlər davam etdirilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

# 779
avatar

Mehman Nəbiyev

Oxşar yazılar