
Tədbirlər Planı təsdiqləndi
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar imzalanıb.
APA xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Bundan başqa, Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan icraçı orqan və qurumlar müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin edir və görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat verməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar yazılar

Qələbə Yolu ...Hannibal andı və Şuşa ...!
17 yanvar 2021 , 17:03
TÜRKSOY və TDƏŞ nümayəndələri Füzuliyə səfər edib-FOTO
17 yanvar 2021 , 16:22
Ordumuzun hərbi qulluqçuları “Qış təlimi-2021”də iştirak edəcək-VİDEO-FOTO
17 yanvar 2021 , 15:50
Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlim-məşqləri keçiriləcək-FOTO
17 yanvar 2021 , 15:01
TÜRKSOY-un baş katibi Ağdamda baş verənlər barədə DANIŞDI
17 yanvar 2021 , 13:13
MN: “Müraciətlərə baxılması üçün daha iki komissiya yaradılacaq”
17 yanvar 2021 , 12:27
Beynəlxalq nümayəndələr Ağdamın xarabalığa çevirildiyinə şahid oldular-FOTOLENT
17 yanvar 2021 , 11:36
Türkiyəli partiya sədri Şuşada məktəb tikdirmək istəyir
16 yanvar 2021 , 18:45