701
15:46
04 Aprel 2020

Azərbaycanda körpünün altında silah-sursat tapıldı - FOTO

Goranboy rayonunda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsindən Rus Borisi kəndinə gedən yolda yerləşən körpünün altında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. Araşdırmalar zamanı oradan 2 ədəd 16 kalibirli ov tüfəngi, 4 ədəd avtomat sandığı, 1 ədəd alışdırıcısı üzərində olmayan “F-1” əl qumbarası, 1 ədəd plemyot qatarı və 402 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.