Konte: “İtaliyada Karantinin yumşaldılması barədə danışmaq hələ tezdir”
02 aprel 2020 03:12 (UTC +04:00)

Konte: “İtaliyada Karantinin yumşaldılması barədə danışmaq hələ tezdir”

 

“İtaliyada koronavirusla bağlı elan olunmuş karantin rejiminin yumşaldılması barədə danışmaq hələ tezdir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Cüzeppe Konte koronavirusla bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkədə karantin müddətinin aprelin 13-dək uzadılacaq: "Həyata keçirilən məhdudlaşdırıcı tədbirləri yüngülləşdirə bilmirik. Elmi-texniki komitə ilə daim əlaqə saxlayırıq. Nəticələrin müsbət effekti barədə bizə məlumat verilir. Buna görə də karantin rejiminin aprelin 13-dək uzadılması ilə bağlı sərəncam imzaladım”. 

Baş nazirin sözlərinə görə, hökumət tərəfindən aprelin 14-dən etibarən mövcud rejimin aradan qaldırmasını hazırda demək olmur, lakin məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsinin mümkünlüyünü araşdırmaq üçün mütəxəssislərlə əlaqə saxlanılır.

Konte vurğulayıb ki, əgər qaydalara riayət etməyi dayandırsaq və həyata keçirilən tədbirləri zəiflətməyə başlasaq, göstərilən səylər nəticəsiz qalacaq.

# 845
avatar

Oxşar yazılar