Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı YENİ FİLM - VİDEO
31 mart 2020 12:13 (UTC +04:00)

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı YENİ FİLM - VİDEO

Müdafiə Nazirliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film hazırlayıb. Lent.az xəbər verir ki, filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin istehsalı olan ekran əsərində hələ 1905-1907-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdikləri diqqətə çatdırılır.

Filmdə erməni quldurlarının azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini dağıtdığına dair görüntülər də yer alıb.

Filmdə sənədli kadrlardan istifadə olunub, eləcə də, mütəxəssislərin ermənilərin törətdiyi vəhşilik faktları barədə fikirləri əksini tapıb.

Film Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb.

# 1097
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar