Koronavirusun hava ilə ötürülməsi məsələsinə ÜST-dən CAVAB
30 mart 2020 19:52 (UTC +04:00)

Koronavirusun hava ilə ötürülməsi məsələsinə ÜST-dən CAVAB

Yeni koronavirus hava ilə ötürülmür: o, yalnız damcı yolu keçir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri təsdiqləyiblər.

Təşkilatın rəsmi saytında yayılan məlumata görə, koronavirusa yoluxma insan orqanizminə xəstə insanın asqırması, yaxud öskürməsi zamanı xırda damcı vasitəsilə düşür. Yoluxma “daşıyıcı” və “qurban” bir-birindən ən azı bir metrdən az məsafədə olanda baş verir. Ona görə də yoluxmadan müdafiə üçün digər insanlara ən azı bir metr məsafəyə qədər yaxınlaşmamalısınız.

Ekspertlərin sözlərinə görə, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır və havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür. Ona görə də əgər bir neçə dəqiqə əvvəl sizin olduğunuz ərazidən xəstə insan keçibsə, yoluxma şansınız faktiki sıfıra bərabər olacaq.

# 3480
avatar

Oxşar yazılar