Fatih Terim xəstəxanadan evə buraxıldı
30 mart 2020 15:31 (UTC +04:00)

Fatih Terim xəstəxanadan evə buraxıldı


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb.

Apasport.az saytının məlumatına görə, həkimlər koronavirus pandemiyasından əziyyət çəkən təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.

Martın 23-dən xəstəxanada həkim nəzarətində olan Terimin son testləri onun sağalma mərhələsində olduğunu göstərib. Doğrudur, koronavirusla bağlı testin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərara alınıb. Ehtiyac yaranarsa, Terim yenidən xəstəxanaya yerləşdiriləcək.

Həkimlər evə buraxılmasına baxmayaraq, Terimin karantin rejimindən çıxmayacağını vurğulayıblar.

Qeyd edək ki, koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidenti Yusuf Günay da eyni şərtlərlə evə göndərilib.

# 1305
avatar

Oxşar yazılar