2043
14:32
28 Mart 2020

"Artıq yetər, nə vaxta qədər qatığa qara deyəcəyik? " - Əməkdar artist

Əməkdar artist Zöhrə Abdullayeva “Gündn-günə” verilişində tənqidi fikirlər səsləndirib.

Lent.az -ın məlumatına görə, müğənni bildirib ki, indi şou aləmində səsi olmayanlar gündəmdədi:

“Mən bəzən efirdə sənət barədə danışanda özümü unuduram, kəskin danışıram. Çünki bu sənətdir. İndi bilən də, bilməyən də oxuyur. Nə vaxta qədər yaxşı oxuya bilməyənə əla deyəcəyik? Nə vaxta qədər qatığa qara deyəcəyik? Artıq yetər. Yaxşı oxuyan ifaçılara çox vaxt özüm zəng edib, təşəkkür edirəm. Amma səsi olmayanlara heç nə demirəm. Günbəzin başına qoz qoy, orada dayanar heç? Oxuya bilməyənlərə nə desən, xeyiri yoxdur. Əksinə, adamla düşmən olarlar”.