724
10:01
26 Mart 2020

Dünya ölkələrində KORONAVİRUS QADAĞASI

Dünya boyu paytaxtların və iri şəhərlərin əksəriyyəti koronavirus epidemiyasının yayılması ilə bağlı karantin müddətinə bağlanıb. Bu epidemiyaya müxtəlif dərəcədə 172 ölkə məruz qalıb.

Lent.az BBC-yə istinadən xəbər verir ki, bəzi yerlərdə karantin bir həftədən çox və hətta daha uzun müddət ərzində qüvvədədir. Məsələn, Britaniya və Azərbaycanda camaat bu rejimə hələ təzə alışmağa başlayır.

лоток с сувенирами в центре Лондона

Britaniyada sərt karantinin ilk həftəsidir. Bazar ertəsi axşamdan başlayaraq evdən çıxmağa yalnız ərzaq almaq, həkimə müraciət etmək və ya həyati əhəmiyyət kəsb edən işə getmək üçün icazə verilir.

Sadəcə fiziki aktivlik məqsədi ilə gəzintiyə yalnız tək və ya yaxın qohumla gündə yalnız bir dəfə çıxmaq olar.

лондонская улица со второго этажа автобуса

Londonun əsas nəqliyyat arteriyalarından biri, boşalmış Charing Cross Road avtobus pəncərəsindən belə görünür. London sakinlərindən hətta öz avtomobillərində belə böyük ehtiyac olmadan yola çıxmamaq xahiş olunub.

памятник поэту на площади в Вероне

Veronadan olan şair Berto Barbaraninin abidəsi şəhərin əsas meydanlarından birində tənha qalıb. Epidemiyaya məruz qalmış İtaliyada karantin bir həftədən çoxdur ki, davam edir.

мужчина в шотландской юбке на улицах Монмартра в Париже

Paris, Fransanın digər bölgələri kimi, altıncı gündür karantindədir: Küçədə heç bir səbəb olmadan görünən hər bir şəxs 135 avroyadək cərimə ilə üzləşə bilər.

пустой центр Памплоны

Təəssüf ki, bu siesta deyil. Bu, koronavirusun çatdığı İspaniyanın Pamplona şəhəridir. Bu şəhər İspaniyanın şimalında yerləşir. Koronavirusdan İspaniyada 2,5 mindən çox insan ölüb.

дрон летящий в Брюсселе

Belçika paytaxtı Brüsseldə dronlardan istifadə edərək karantin rejimini pozanlar müəyyən edilir.

пожилая женщина на в центре Штуттгарта

Ştutqart şəhərində Königstrasse küçəsi. Bu şəhərdə də rəsmilər yeni infeksiyaya qarşı mübarizə tədbirlərini gücləndirib.

пожилая пара в Роттердаме

Niderland hökuməti vətəndaşları evlərində oturmağa çağırıb, hətta çərşənbə axşamı Rotterdam şəhərində yaxşı havanın olmasına baxmayaraq.

развозчик едет по Большому Каменному мосту в Москве

Moskvada karantin rejimi yaşı 65-dən yuxarı olanlara və sağlamlıq problemləri olanlara aiddir, lakin bir çox moskvalılar evlərində qalmağı üstün tuturlar. Ən böyük fəallığı kuryer işçiləri nümayiş etdirir.

улицы Афин

Bazar ertəsindən etibarən, Afina küçələrində heç kim görünmür. Yunanıstan rəsmiləri tərəfindən hərəkətə məhdudiyyət qoyulub.

полиция в масках в Тбилиси

Gürcüstanda bu günə qədər qeydə alınan koronavirus halları 100-dən çox deyil, lakin martın 21-dən ölkədə bir ay müddətinə profilaktik karantin tədbirləri tətbiq edilir.

улицы Рамаллы

Həyati əhəmiyyət kəsb edən hallar istisna olmaqla Ramallah şəhərində və digər Fələstin ərazilərində də bütün hərəkətlərə iki həftəlik qadağa tətbiq edilməkdədir.


люди в костюмах химзащиты опрыскивают улицы

Banqkok şəhərində küçə yeməklərinə tələbat azalıb.

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin mərkəzində, küçələrin mütəmadi olaraq dezinfeksiyası aparılır.

улица в Бейруте

Livanda bu günə qədər yalnız 277 təsdiq edilmiş Covid-19 virusuna yoluxma halı qeydə alınsa da, infeksiyanın yayılmasından ehtiyat edən rəsmilər həftə sonu ciddi karantin rejimi tətbiq ediblər.