Külli miqdarda qızıl-zinət əşyalarını Azərbaycana gətirə bilmədi
25 mart 2020 17:09 (UTC +04:00)

Külli miqdarda qızıl-zinət əşyalarını Azərbaycana gətirə bilmədi

Azərbaycandan İstanbula qızıl-zinət əşyaları aparılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb.

Vətəndaşın yükləri monitordan keçən zamana şübhəli predmetlərin təsviri görünüb. 

Yoxlama zamanı ona məxsus qara rəngli çamadanın içərisində olan gödəkçənin cibindən və pul kisəsindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən qızıl zərgərlik məmulatları - 4 cüt sırğa, 7 ədəd üzük, 2 ədəd üzük-sırğa dəsti, 3 ədəd üzük-sırğa-kulon dəsti aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 129,58 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

# 378
avatar

Mehman Nəbiyev

Oxşar yazılar