1330
19:44
18 Mart 2020

Türkiyədən gətirilən Azərbaycan vətəndaşlarının sayı mini keçdi

Azərbaycanın Milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, AZAL aviaşirkəti Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər.

Bundan əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Dİgər xəbərlər