11:03
12 Mart 2020

İdmançılarımızın qatılacağı dünya çempionatı ləğv edildi


Azərbaycan fiqurlu konkisürənlərinin iştirakı ilə keçirilməli olan dünya çempionatı ləğv olunub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Konkisürmə İttifaqı (İSU) verib.

Bu addımın atılmasına səbəb koronavirus epidemiyasının yayılma təhlükəsidir. Martın 16-22-də Kanadanın Monreal şəhərində təşkil olunması planlaşdırılan mundial ləğv edilib.

Qeyd edək ki, turnirdə Azərbaycan iki idmançı ilə təmsil olunmalı idi. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışı üçün sifariş edilmişdi.

Dİgər xəbərlər