Daha 3 məşhur "Xəzər"ə buraxılmayacaq - Şəbnəmdən cavab gəldi
11 mart 2020 17:02 (UTC +04:00)

Daha 3 məşhur "Xəzər"ə buraxılmayacaq - Şəbnəmdən cavab gəldi

Müğənni Şəbnəm Tovuzlu ( Əsədova ) Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib. Lent.az -a açıqlama verən ifaçı bu sözləri deyib: “Əgər belə bir qərar verilibsə, demək ki, bir bildiyi var. Canı sağ olsun, necə məsləhətdir. Murad bəyə hörmətim var.

 

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, şou-biznesin daha 3 tanınmış siması Pərviz Bülbülə, Türkan Vəlizadə, Vasif Əzimov da Xəzərin “qara siyahısı”na düşüb.

# 31582
avatar

Yalçın UĞUR

Oxşar yazılar