Azərbaycanda pəncərədən yıxılan uşaq öldü
11 mart 2020 10:18 (UTC +04:00)

Azərbaycanda pəncərədən yıxılan uşaq öldü

Abşeronda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəki "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, autizm sindromlu, 7 yaşlı Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1473

Oxşar yazılar