338
08:25
11 Mart 2020

Dünyada koronavirusa yoluxanların sayı 113 mini keçdi

Son bir gündə dünyada 4125 nəfər koronavirusa yoluxub, 203 nəfər isə dünyasını dəyişib.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 min 702 nəfər olub, onlardan 80 min 924-ü Çində qeydə alınıb.