739
16:57
03 Mart 2020

İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbərində koronavirus aşkarlandı

İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd koronavirusa yoluxub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Təcili Tİbbi Yardım Təşkilatının mətbuat xidməti açıqlayıb.

Məlumatda P.Kulivəndin koronavirusa yolxuduğu təsdiqlənir və qeyd olunur ki, onun durumu yaxşıdır və narahatlığa əsas yoxdur.