“Ərim lap kötücəm yaşındadır, partlasınlar” - Nüşabə Ələsgərli - FOTO
02 mart 2020 15:24 (UTC +04:00)

“Ərim lap kötücəm yaşındadır, partlasınlar” - Nüşabə Ələsgərli - FOTO

Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Reza Toni barədə danışıb.

 

O, “X maqazin” verilişində sosial şəbəkədə evliliyi barədə yazılan tənqidlərdən söz açıb:

“Deyirlər ki, ərin oğlun yaşındadır. Lap desinlər ki, nəvəsi, nəticəsi, kötücəsi yaşındadır. Dostlar sevinsin, düşmənlər də partlasın. Neyləyim indi, ayrılım? Kimsə nəsə yazacaq deyə ayrılım kişidən? 14 ildir bir yerdəyik. Onun 46, mənim 53 yaşım var. İndi hansı dövrdür ki, yazırlar ki, “mən nənəyəm, o, nəvəmdir”. Sizə nə? Sizi narahat edən nədir?

Belə şeyləri vecimə almıram. Adamın saqqalı, saçı ağarıb deyirlər ki, nəvən yaşındadır. Bunu yazanlar içinin neqativini yazır. Özləri də bilir ki, düz yazmırlar. Münasibətlərimizi bilirlər. Yanlış yazmırlar, guya xətrimə dəymək istəyirlər”.

Qeyd edək ki, cütlük 2006-cı ildən birlikdədir.

(Axşam.az)

# 7446
avatar

Oxşar yazılar