00:26
01 Mart 2020

Ərdoğan: “Birlik-bərabərliyimizə sahib çıxmasaq, daha böyük itkilər verəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa birlik-bərbərlik çağırışı edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə prezidenti rəsmi twitter hesabında belə bir açıqlama yayıb.

Açıqlamada bildirilir: “Türkiyə bu günü və gələcəyi baxımından tarixi və həyati mübarizədədir. Nəticələri ən azı 100 il öncəki qədər böyük olacaq bir mübarizədən ölkəmizin və xalqımızın mənafeyini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz fəaliyyətimiz davam edir.

Tarix boyu işğallara, zülümlərə məruz qalan bu coğrafiyada mübarizəmizdən bir an geri qalsaq, bir an birlik-bərabərliyimizə sahib çıxmasaq, daha böyük itkilər verəcəyik. Bu böyük mübarizə yolumuzda qanlarıyla bu torpaqları bizə vətən edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Zülmə qarşı verdiyimiz haqq mücadiləsi sonuna qədər davam edəcək. Türkiyə haqlı mübarizəsindən geri çəkilməyəcək! Heç bir xəyanəti unutmayacaq! Ölkəmizi küncə sıxışdırdıqlarını zənn edənlərə tarix dərs verəcək”.

Dİgər xəbərlər