Azərbaycanlı biznesmen və sevgilisini  öldürənlər HAKİM QARŞISINDA: hamısı polisdir
04 iyun 2026 17:04 (UTC +04:00)

Azərbaycanlı biznesmen və sevgilisini öldürənlər HAKİM QARŞISINDA: hamısı polisdir

0

Rusiyada keçmiş polis əməkdaşı Pavel Xristevin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın üzvləri məhkəmə qarşısına çıxarılıb.

Lent.az xəbər verir ki, istintaqın versiyasına görə, dəstənin tərkibinə hüquq-mühafizə orqanlarının hazırkı və keçmiş əməkdaşları daxil olub. Onlar 30-dan çox ağır cinayətin törədilməsində şübhəli bilinirlər.

Müstəntiqlərin fikrincə, qruplaşma adam oğurluğu, hədə-qorxu ilə pul tələb etmə və sifarişli qətllərlə məşğul olub. Cinayət işinin materiallarında keçmiş Nəqliyyat Nazirliyi müşaviri Aleksandr Fominovun, Ozerski rayonunun meri Vladislav Saşçikhinin və onun həyat yoldaşının, eləcə də Hafiz Mahmudovun qətli ilə bağlı epizodlar yer alıb.

Ən səs-küylü cinayətlərdən biri “Krasnoqvardeyski” bazarının direktorunun və onun sevgilisinin oğurlanması olub. Cinayətkarlar 500 min dollar məbləğində fidyə aldıqdan sonra girovları öldürüblər. Sonradan onların qalıqları su hövzəsinin sahilində aşkarlanıb. İstintaqın məlumatına görə, meyitlərin ayaqlarına ağırlıq bağlanıbmış.

Qruplaşmanın rəhbəri Pavel Xristev özünü təqsirli bilmədiyini bildirib. Bununla belə, təqsirləndirilən şəxslərdən bəziləri irəli sürülən ittihamlarla razılaşıblar.

Qeyd edək ki, “Krasnoqvardeyski” bazarının direktoru olan biznesmen Hafiz Mahmudov Azərbaycanın Sabirabad rayonundan olub. O, 2003-cü ildə sevgilisi ilə birgə qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar