16:44
29 Fevral 2020

"Avropa sərhədləri ilə qapıları açdıq" - Ərdoğan

"Avropa sərhədləri ilə qapıları açdıq və bağlamayacağıq".

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Dolmabahçe Prezident Sarayında çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün Türkiyənin Avropa ölkələri ilə sərhəd-keçid məntəqələrindən keçən miqrantarın sayı 18 mini keçib və sabah bu rəqəm 25 minə çata bilər.

Ərdoğan deyib ki, Avropa Birliyi vədinə əməl etmədikcə Türkiyə bu addımdan geri çəkilməyəcək.

Qeyd edək ki, Yunanıstan hərbçiləri sərhədi keçmək istəyən miqrantlara qaz bombası ilə təzyiq göstərir. Bolqarıstan Müdafiə naziri isə xəbərdarlıq edib ki, sərhəddə olan qanunsuz qaçqınların qarşısı alınmasa, min nəfərə qədər döyüşçü, 140 min hərbi texnikanı Türkiyə ilə sərhədlərdə yerləşdirəcək və ölkəyə bir nəfər olsun belə qanunsuz miqrantın keçməsinə yol verməyəcək.

Dİgər xəbərlər