5640
14:15
29 Fevral 2020

Gürcüstandan bəd xəbər: koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda üçüncü koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə yoluxan şəxs İrandan qayıdan Gürcüstan vətəndaşıdır. Yoluxma qeydə alınan şəxslərinin üçünün də kliniki durumu qənaətbəxşdir.

Qeyd edək ki, yoluxan şəxsin Gürcüstana dünən qayıtdığı bildirilib.