Çində koronavirusdan ölənlərin sayı yenidən artıb
29 fevral 2020 05:39 (UTC +04:00)

Çində koronavirusdan ölənlərin sayı yenidən artıb

 

Çində yeni növ koronavirus pnevmoniyasından ölənlərin sayı 2835 nəfərə çatıb, 39 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib, bu virusa yoluxanların sayı isə 79,2 mini keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Dövlət Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Cümə günü qurum 2788 nəfərin ölümü, 78,8 mindən çox insanın virusa yoluxması və 36,1 min nəfərin sağalması barədə məlumat vermişdi.

Yeni məlumata əsasən, ölkədə bu virusdan rəsmi ölüm səviyyəsi 3,53%-dən 3,57%-ə yüksəlib.

# 1266
avatar

Oxşar yazılar