Bakıda quş kəsilən sexdən iyrənc görüntülər  - FOTOLENT
28 fevral 2020 16:35 (UTC +04:00)

Bakıda quş kəsilən sexdən iyrənc görüntülər - FOTOLENT

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxş Bəbirov Taleh Bayram oğluna məxsus quş kəsimi sexində reyd keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, reyd zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən sexdə sanitar-gigiyenik norma və qaydalara əməl edilmir. Müəssisənin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, kəsimdən sonra daxili orqanların baytarlıq-sanitar müayinəsi, quş ətinin orqanoleptik qiymətləndirilməsi, istehsal və saxlama zamanı quş ətinin sanitar keyfiyyətinə baytar həkimi nəzarət etmir.

Yoxlama zamanı məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına təqdim olunub. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

# 1636
avatar

Aygün İbrahimli

Oxşar yazılar