Bakıda beşmərtəbəli binada yanğın olub - FOTO - VİDEO
27 fevral 2020 22:55 (UTC +04:00)

Bakıda beşmərtəbəli binada yanğın olub - FOTO - VİDEO

 

Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş berib.

APA xəbər verir ki, yanğın rayonun Aqil Quliyev küçəsi 10 ünvanında qeydə alınıb. 

Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Dərhal bina sakinləri təxliyyə edilib. Təhlükəsizlik məqsədilə binanın elektrik enerjisi müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, yanğın binanın zirzəmisində məişət tullantılarının alışması nəticəsində baş verib.

# 1517
avatar

Oxşar yazılar