Bakıda azyaşlılara siqaret satanlar cərimələndi
26 fevral 2020 11:36 (UTC +04:00)

Bakıda azyaşlılara siqaret satanlar cərimələndi

Bakıda yetkinlik yaşına çatmayan şəxslərə tütün məlumatları satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – D.Əhmədov və Ş.Şəfiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

# 795
avatar

Oxşar yazılar