1489
19:43
25 Fevral 2020

67 tondan artıq Azərbaycan pomidoru Rusiyaya buraxılmadı - SƏBƏB

Azərbaycandan göndərilən külli miqdarda pomidor Rusiyaya buraxılmayıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Azərbaycandan idxal olunan 67,2 ton pomidora Dağıstanda rusiyalı sərhədçilər baxış keçirib. Yük avtomobillərindən boşaldılaraq keçirilən baxış zamanı məhsullarda Cənubi Amerika mənşəli bakteriyalar aşkarlandığı bildirilib.