Arvadının aldığı hədiyyə kişini milyonçu etdi
25 fevral 2020 19:19 (UTC +04:00)

Arvadının aldığı hədiyyə kişini milyonçu etdi

 

Amerikanın Virciniya ştatında ər həyat yoldaşından lotereya hədiyyəsi alıb və milyonçu olub.

Lent.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, Daniel Şuman iddia edib ki, arvadı ona qeyri-adi hədiyyə bağışlayandan sonra ilk dəfə lotereya oynayıb. Uduşlu olan lotereya bileti amerikalıya bir milyon dollar qazandırıb.  

“Biz rəqəmlərin uyğun gəldiyini gördük və yenidən yoxladıq, - qalib xatırladır. – Biz şokdaydıq. Biz bu cür vəziyyətlə üzləşəcəyimizi gözləmirdk”. 

Şuman artıq pul mükafatını götürüb.  Əldə etdiyi pulu hara xərcləyəcəyini hələ ki müəyyənləşdirməyib. 

# 1623
avatar

Oxşar yazılar