12:15
25 Fevral 2020

“Real” ona görə Mbappedən vaz keçdi


“Real” PSJ-nin futbolçusu Kilian Mbappeni transfer etmək istəyindən vaz keçib.

Lent.az -ın məlumatına görə, buna səbəb Dortmund “Borussiya”sının üzvü Erlinq Halandın madridlilərin diqqət mərkəzinə düşməsidir.

Bu ildən Bundesliqa klubunun formasını geyinən 19 yaşlı hücumçu qısa zamanda özünü yaxşı tərəfdən göstərə bilib. Norveçli futbolçunu bəyənən “Real” onunla yaxından maraqlanmağa başlayıb. Halandın “Borussiya” ilə müqaviləsində belə bir bənd var ki, o, 2021-ci ildə Dortmund təmsilçisini 65 milyon funt-sterlinq qarşılığında tərk edə bilər. Belədə “Real” rəhbərliyi transfer dəyəri 250 milyon funt-sterlinq olan Mbappedənsə məhz Halandı almağın doğru olduğunu düşünür.

Qeyd edək ki, E.Haland “Borussiya”nın heyətində ümumilikdə 8 oyunda 12 qola imza atıb.

Dİgər xəbərlər