“Bavariya”nın yeni baş məşqçisi ola bilər - Dieqo Simeone
24 fevral 2020 17:09 (UTC +04:00)

“Bavariya”nın yeni baş məşqçisi ola bilər - Dieqo Simeone

 

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone yayda iş yerini dəyişə bilər. 

Lent.az “Don Balon” nəşrinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Almaniyadan təklif alıb.

“Bavariya” təcrübəli mütəxəssislə yaxından maraqlanır. Münhen təmsilçisi hazırkı məşqçisi Hans Fliklə komandanın çıxışından asılı olmayaraq, mövsümün sonunda yolları ayırmağı, onun yerinə məhz Simeoneni dəvət etməyi planlaşdırır. 50 yaşlı çalışdırıcının da bu təyinata qarşı olmadığı bildirilir.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən “Atletiko”nun “sükanı arxası”ndadır.

# 1794
avatar

Rizvan Babayev

Oxşar yazılar