09:43
22 Fevral 2020

Xocalı soyqırımına həsr olunmuş kunq-fu üzrə Bakı çempionatı başlayıb

Fevralın 22-də Hövsan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kunq-fu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Bakı çempionatına start verilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Kunq-Fu Federasiyasının təşəbbüsü ilə keçirilən yarışa 25 komandadan 330 idmançı qatılıb.

Qeyd edək ki, yarışın qalibləri Baş İdarə və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

(AZƏRTAC)

Dİgər xəbərlər