Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Fəhlə prospektində baş verib.
1967-ci il təvəllüdlü Kərimova Fazilə Fazil qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.