Marketdə “silahlı duello”, müştərilərin gözü qarşısında atəş açıldı  -VİDEO
02 sentyabr 2026 16:19 (UTC +04:00)

Marketdə “silahlı duello”, müştərilərin gözü qarşısında atəş açıldı -VİDEO

0

Türkiyənin Ankara şəhərində marketdə baş verən silahlı insident zamanı bir nəfər yaralanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Sincan rayonunun Mustafa Kamal məhəlləsində saat 21:00 radələrində qeydə alınıb.

Məlumata görə, marketdə olan Ş.A. ilə H.P. arasında hələlik bilinməyən səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Ş.A. üzərindəki silahdan atəş açaraq H.P.-ni ayaqlarından yaralayıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb ediliblər. Yaralı ilkin tibbi müdaxilədən sonra Sincan Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Silahlı hücum anı marketin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə hadisənin müştərilərin olduğu vaxt baş verdiyi əks olunub.

Hadisədən sonra qaçan şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar