Sabah hava necə olacaq? - PROQNOZ
17 fevral 2020 12:44 (UTC +04:00)

Sabah hava necə olacaq? - PROQNOZ

Fevralın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz  8-10, Bakıda  gecə 3-5,  gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 18-də hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  1-6, gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-6 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, fevralın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

 

 

# 2780
avatar

Aygün İbrahimli

Oxşar yazılar