MSK sədri: “Seçilməyən bəzi namizədlər təxribat xarakterli addımlar atırlar”
15 fevral 2020 15:50 (UTC +04:00)

MSK sədri: “Seçilməyən bəzi namizədlər təxribat xarakterli addımlar atırlar”


“Seçilməyən bəzi namizədlər hansısa məqsəd üçün təxribat xarakterli addımlar atırlar”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. 

MSK sədri bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır: “Amma MSK-nın şöbə müdirini içəri buraxmamaq artıq normal deyil. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”, - deyə M. Pənahov bildirib.

Qeyd edək ki, bu gün MSK-nın iclasından əvvəl 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa bir qrup namizəd MSK-nın şöbə müdirinin binaya girişinə mane olub.

# 2323
avatar

Oxşar yazılar