16076
12:38
15 Fevral 2020

“Ebola” koronavirusa qalib gəldi – Həkimdən ŞOK ADDIM

Çində son bir gündə koronavirusdan 143 nəfər ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu ölkədə son 24 saat ərzində, həmçinin daha 2000 nəfər koronavirusa yoluxub.

Məlumata əsasən, bu günə qədər Çində koronvirusdan 1635 insan dünyasını dəyişib, 66 min 492 nəfərdə isə xəstəliyin əlamətləri aşakar edilib. Lakin ölkə üzrə koronavirusa yoluxan 8 min 96 nəfərin həyatını xilas etmək mümkün olub.

Honq-Konq Universitetinin tibb fakültəsinin dosenti David SC Hui virusa qarşı 100 xəstədə ebolaya qarşı istifadə olunan “Remdesivir”i yoxlanıldığını və ilk cəhdlərin uğurlu olduğunu açıqlayıb.

O, Cenevredə iştirak etdiyi bir tədbirdə “Remdesivir”in Uhan şəhərində 100 xəstəyə tətbiq edilərək uğurlu alındığını, lakin onalrın bir müddət izlənilməli olduğunu qeyd edib.