956
14:39
10 Fevral 2020

Bakıdakı qəza tıxaca səbəb oldu

Bakıda qəza sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, bir müddət əvvəl Ziya Bünyadov prospektində Çermet körpüsü adlanan yerdə (metronun “Koroğlu” stansiyası istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

Bu səbəbdən də hazırda prospektin həmin hissəsində sıxlıq müşahidə olunur.