416
14:08
09 Fevral 2020

Nazir müavini: “Azərbaycan və Aİ arasında əsas məsələlər razılaşdırılıb”


“Uzun müddətdir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq yeni saziş üzərində intensiv iş aparılır”.

Bunu APA -ya açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb.

“Saziş layihəsində razılaşdırılmamış bəzi məsələlər qalıb. Ticari-iqtisadi məsələlərə aid olan müddəalar dəqiqləşdirilməlidir. Bununla bağlı Azərbaycan hökuməti və Avropa Komissiyası arasında təmaslar davam etdiriləcək”, - deyə X. Xələfov qeyd edib.