1536
15:41
08 Fevral 2020

Azərbaycanda sabah səs verəcək seçicilərin sayı AÇIQLANDI

Mərkəzi Seçki Komissiyası (MSK) ölkədəki seçici sayını açıqlayıb.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında 5 milyon 329 min 460 seçicinin Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə səs verəcəyini bildirib.

Növbədənkənar parlament seçkiləri bu ilin fevralın 9-da keçiriləcək.