484
10:59
07 Fevral 2020

Eksternat təhsil alanlar sonuncu imtahanları verəcəklər

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazananlar üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az -a verilən məlumata görə, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi martın 29-u, II mərhələsi isə iyulun 5-də olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan aprelin 26-da keçiriləcək.