11:05
04 Fevral 2020

İki futbolçumuz Tailand klubu ilə müqavilə imzaladı

Azərbaycanın daha iki futbolçusu Tailand klubunda çıxış edəcək.

Apasport.az saytının məlumatına görə, Anar Babayev və Kamil Hüseynov asiyalılarla danışıqları müsbət yekunlaşdırıb.

Onlar aşağı liqa təmsilçisi "Muangnont Bankunmae" ilə anlaşıblar. Hər iki futbolçu 1 illik müqaviləyə imza atıb.

Bunadək Məmməd Quliyev Tailandın "Kamhenqfet" komandasında keçib.

Qeyd edək ki, Babayev "Səbail"də, Hüseynov AZAL-da oynayıb.

Dİgər xəbərlər