Türkiyəli tanınmış aktrisa Hülya Avşarın Ayvalık adlı ərazidə yerləşən Çiçək adasını almaq istəyi alınmayıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, adanın qiyməti 2017-ci ildə 105 milyon lirə ( təxminən, 29 milyon 834 min manat) olsa da, bu rəqəm qətərli biznesmenlərin təklifindən sonra artıb.
Hazırda həmin adanın qiyməti 135 milyon lirə (təxminən, 38 milyon 357 min manat) dəyərindədir.