Qadın keçmiş məhkum yenidən tutuldu - SƏBƏB
27 yanvar 2020 12:44 (UTC +04:00)

Qadın keçmiş məhkum yenidən tutuldu - SƏBƏB

Mingəçevir şəhər Polis Şöbəsinə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhər və Yevlax rayon polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259

Oxşar yazılar