Azərbaycanın bu rayonunda 3 baş heyvan quduzluqdan öldü
27 yanvar 2020 12:24 (UTC +04:00)

Azərbaycanın bu rayonunda 3 baş heyvan quduzluqdan öldü


Zaqatalada son iki ayda üç baş iribuynuzlu heyvan quduzluq xəstəliyindən ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ölüm faktları rayonun Danaçı və Höytala kəndlərində qeydə alınıb. Belə ki, son iki ayda adıçəkilən kəndlərdə şəxsi təsərrüfatlarda üç baş iribuynuzlu heyvan quduzluqdan ölüb.

Kənd baytarlıq məntəqələrindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ölən heyvanlar baytarlıq təlimatına uyğun olaraq basdırılıb və şəxsi təsərrüfatlar dezinfeksiya edilib.

Ölən heyvanların quduzluq xəstəliyinə meşədə yırtıcı heyvanların hücumuna məruz qalması nəticəsində yoluxduğu ehtimal edilir.

# 1186
avatar

Oxşar yazılar