Nəsimi rayonunda obyektdən pul oğurlanıb.
Lent.az-ın verdiyi məlumata görə, ötən il oktyabrın 30-da, saat 21 radələrində rayonun Bəşir Səfəroğlu küçəsindəki obyektlərin birindən pul oğurlanıb. 32 yaşlı paytaxt sakini Yeqor Ansimov 500 manat pulunun oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verib.
Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 31 yaşlı Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234 və 177-ci maddələri ilə məhkum olunmuş Emil Komandirov saxlanılıb.