AzTV ictimai fikri öyrənməkdə davam edir - FOTO
25 yanvar 2020 15:05 (UTC +04:00)

AzTV ictimai fikri öyrənməkdə davam edir - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri”  QSC-nin Bədii Şurası Sumqayıt ictimaiyyəti ilə görüşüb.
Lent.az bildirir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri”  Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayıb.


2020-ci ildə ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri təşkil edilib.
Bədii Şuranın üzvləri Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.
Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.
“Azərbaycan Televiziya və Radio Verilişləri”  QSC, Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi.

 

# 2587
avatar

Oxşar yazılar