Bu ölkənin əhalisi 10 milyon nəfər azaldı
23 yanvar 2020 14:15 (UTC +04:00)

Bu ölkənin əhalisi 10 milyon nəfər azaldı

Ukraynanın əhalisi 10 milyona qədər azalıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu barədə ukraynalı nazir Dmitri Dubilet bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun dediyinə görə, keçirilən son siyahıya almadan sonra hazırda Ukraynada əhalinin sayının 37 milyon 289 min nəfər olduğu müəyyənləşib. Halbuki bu rəqəm 2001-ci ildə 48 milyon 457 min nəfər imiş.

# 1488
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar